15 noyabr 2014 19:05
Təxirə salınmış oyunun bütün təyinatları müəyyənləşdi
Futbol üzrə Azərbaycan 1-ci divizionunun 9-cu turundan təxirə salınmış “Mil-Muğan” – “Bakılı” oyunu üçün bütün təyinatlar müəyyənləşib. Azerisport.az sizi həmin təyinatlarla tanış edir.
1-ci divizion
9-cu turun oyunu
17 noyabr (bazar ertəsi)
Mil-Muğan - Bakılı
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Habil Əliyev, Etibar Həsənov.
Hakim-inspektor: Qabil Nərimanov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.
