15 noyabr 2014 18:50
Hoqmo: Azərbaycana qalib gəlsək, qrupdan çıxmaq üçün mübarizə apara bilərik
Futbol üzrə Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşma öncəsi bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hələ seçmə mərhələ öncəsi biz ilk iki oyunda 4 xal toplamağın pis nəticə olmayacağını deyirdik. Geridə qalan 3 oyunda Malta və Bolqarıstana qalib gəlməklə altı xal toplamışıq. Azərbaycan üzərində qələbə bizim startımızı daha da yaxşılaşdıracaq. Bu nəticə ilə qrupdan çıxmaq uğrunda mübarizə apara bilərik".
