15 noyabr 2014 18:00

Azərbaycan Sloveniyaya qalib gəlib, elit mərhələyə yüksəldi

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda sonuncu - 3-cü turun oyunları keçirilib. Azerisportt.az xəbər verir ki, Azərbaycan yığması da son oyununa çıxıb.

Macarıstanda keçirilən qrupun son oyununda millimiz Sloveniyanı sınağa çəkib. Oyunda hesabı penalti sayəsində yığmamız açıb. 35-ci dəqiqədə komandamız fərqi artırıb. Bundan 7 dəqiqə sonra futbolçularımız üstünlüyü 3 topa çatdırıb. İkinci hissədə rəqib fərqi minimuma endirsə də, millimizin qələbəsinə mane ola bilməyib - 3:2.

Qrupun digər oyununda Slovakiya Macarıstanı sınağa çkəib. İlk iki turda qələbə qazanan slovakiyalılar son matçı da 3 xalla başa vurub - 3:0. Bu nəticələrdən sonra ilk iki pillənin sahibləri - Slovakiya və Azərbaycan elit mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 17 yaşadək futbolçulardan ibarət millimiz də Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanmışdı.

AÇ-2015-in seçmə mərhələsi
4-cü qrup

15 noyabr

Azərbaycan - Sloveniya 3:2
Qollar: Vadim Ağarahimov, 23-pen. Elnur Suleymanov, 35. Mahir Mədətov, 42 - Alen Ozbolt, 48; 77-pen.
Sarı vərəqələr: Elnur Cəfərov, 76 - Marko Kriviciç, 62.
Hakimlər: Eli Hakmon, David Morhaim (İsrail), Peter Kobor, Adam Farkaş (Macarıstan).
Tatabanya. "Qrosiçs Qyula" stadionu.

Azərbaycan: 1. Tolqa Şahin, 2. İlyas Səfərzadə (15. Renat Ağaverdiyev, 46//6. Budaq Nasirov, 58), 4. Bəhlul Mustafazadə, 7. Mahir Mədətov, 9. Fəhmin Muradbəyli, 10. Mansur Nahavandi (k), 14. Yusif Nəbiyev, 16. Emin Zamanov, 18. Təyyar Məmmədov (17. Elnur Cəfərov, 64), 19. Elnur Suleymanov, 23. Vadim Ağarahimov.
Ehtiyat oyunçular: 12. Ağaseyid Qasımov, 13. Benhur Kama, 21. Əfsar Məmmədov.
Baş məşqçi: Nikolay Adam.
Sloveniya: 1. Matiya Radikon, 2. Marko Klemenciç, 4. Nik Lorbek (k), 5. Blaz Polyaneç, 7. Deyan Vokiç, 8. Alen Ozbolt, 11. Luka Qayiç (10. Marko Kriviciç, 46), 14. Matey Potokar, 16. Zan Nikoliç (3. Qal Primç, 46), 17. Erik Gliha, 18. Matiç Vrbaneç (9. Damir Bartuloviç, 75).
Ehtiyat oyunçular: 12. Martin Yark, 6. Blaz Kramer.
Baş məşqçi: Primoz Gliha.
 

1. Slovakiya

3

3

0

0

9-2

9

2. Azərbaycan

3

1

1

1

5:7

4

3. Macarıstan

3

0

2

1

2:5

2

4. Sloveniya

3

0

1

2

4:6

1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.