15 noyabr 2014 16:10

Dmitri Kruqlov: Azərbaycan yığması Norveçi məğlub edəcək gücdədi

Futbol üzrə Estoniya yığmasının müdafiəçisi, "Neftçi", "İnter" və "Rəvan"ın sabiq futbolçusu Dmitri Kruqlovun azerisport.az saytına müsahibəsi

- Bir neçə gün öncə yoxlama oyununda qalib gəldiyiniz Norveçlə görüş haqda nə deyə bilərsiz?
- Onların yaxşı komandası, səviyyəli futbolçuları var. Deməzdim ki, tipik Skandinaviya komandasıdı. Topla oynamağı xoşlayırlar, sadəcə, asmalara bel bağlamırlar. Ona görə də bu komandaya qarşı mübarizə aparmaq çətin idi.

- Bəs Estoniya bu komandanı necə məğlub etdi?
- Biz sadəcə, müdafiədə diqqətli oynadıq və ələ düşən şanslardan maksimum yararlanmağa çalışdıq.

- Sizcə, sabah yığmamızın qonağı olacaq Norveçi nəyin sayəsində məğlub edə bilərik?
- Fikrimcə, Azərbaycan yığması üçün doğma meydan amili böyük üstünlük olacaq. Komandanızın bu rəqibə qalib gəlmək üçün yetərli gücə malik olduğunu hesab edirəm.

- Norveç yığmasının 15 yaşlı istedadı Martin Edeqor haqda nə deyə bilərsiz?
- Böyük istedada malikdi, sol ayağı ilə güclü zərbələri var. İstənilən komanda üçün başağrısı ola bilər. Bizə qarşı ikinci hissədə meydana çıxdı. Amma ona qarşı fərdi olaraq kimisə oynatmadıq. Komanda oyunu sayəsində qalib gəldik.

- Azərbaycan yığmasının nəticələrindən xəbəriniz var?
- Bəs necə? Ölkənizdə neçə il keçirmişəm. Bilirəm ki, komandanı hazırda Mahmud Qurbanov çalışdırır. Onunla dostluq münasibətlərim var. Əla insandı. Onu müvəqqəti təyin ediblər?

- Bəli, bir oyunluq...
- Fikrimcə, yığmanız Norveçlə oyunda uğur qazansa, onu həmin postda saxlamaq haqda düşünmək olar.

- Bəs Qurban Qurbanov?
- Qurban Qurbanovun da uğurlarından xəbərim var. Amma onun "Qarabağ"ı buraxıb, yığmaya gedəcəyinə inanmıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.