15 noyabr 2014 13:45
XL Neftçiyə müraciət etdi
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacağı "Neftçi" ilə oyunun təxirə salınmasını istəyir. Azerisport.az xəbər verir ki, artıq cənub klubu buna görə qarşı tərəfə müraciət də ünvanlayıb.
Buna səbəb hazırda Lənkəran şəhər stadionunun təmir işləri ilə əlaqədar müvəqqəti bağlanmasıdı. Bu üzdən XL sözügedən oyunun Bakıda keçirilməsini istəyir. Amma "Neftçi" hələ bu müraciətə cavab verməyib.
