15 noyabr 2014 13:15
Sxadadze İnteri tərk edə bilər
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze paytaxt klubunu tərk edə bilər. Azerisport.az xəər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, onun Gürcüstan yığmasını çalışdırması ehtimal olunur. Çünki sözügedən komandanın baş məşqçisi Temuri Ketsbaya istefaya göndərilib. O, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Polşaya məğlubiyyətdən sonra işindən azad olunub. Gürcüstan mətbuatı Sxadadzeni hazırda millini çalışdırmağa əsas namizəd hesab edir.
