15 noyabr 2014 13:00
Millimiz bu gün Sloveniya yığması ilə qarşılaşacaq
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə Sloveniya yığması ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qarşılaşmaya təyinatları diqqətinizə çatdırırıq:
Baş hakim: Eli Hakmon (İsrail)
Baş hakimin köməkçiləri: David Morhaim (İsrail), Peter Kobor (Macarıstan)
Dördüncü hakim: Adam Farkas (Macarıstan)
UEFA nümayəndəsi və hakim-inspektor: Nuno Kastro (Portuqaliya)
