15 noyabr 2014 00:05
Aslan Kərimov: Norveçlə oyun öncəsi zədəlilərin olmaması bizi sevindirir
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi komandadakı durumu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, Norveçlə oyun öncəsi komandamızdakı atmosfer daha yaxşıdı, nəinki Bolqarıstanla qarşılaşmadakı. Heç bir gərginlik yoxdu. Bu, çox vacibdi. Komanda hazırlığı davam etdirir. Zədəlilərin olmaması da sevindiricidi. Rəqibi öyrənməyə davam edirik. Son oyunlarına baxıb, analizlər aparırıq".
