14 noyabr 2014 18:10
Per-Matias Hoqmo millimizlə oyuna hücumçu tapa bilmir
Futbol üzrə Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyun öncəsi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, o, millimizlə oyunda meydana çıxarmağa hücumçu tapa bilmir.
Norveç mətbuatının yazdığına görə, dörd hücumçu - Tarik Elyunussi, Hovard Nilsen, Aleksandr Soderlund və Fredrik Qulbrannsen bütövlükdə 11 qol vurub. Onların 9-u Elyunussinin, ikisi isə Nilsenin aktivindədi.
Hoqmo da hələlik, hücumçularla bağlı qərarını müəyyənləşdirməyib: "Biz hazırda analizlər aparırıq. Hələ hansı addımı atacağımıza qərar verməmişik".
