Kazbek Tuayev: Norveçə də qalib gəlməyəcəyiksə, kimi məğlub edəcəyik?
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığmasının Norveçə 0:5 hesabıyla uduzduğu vaxt baş məşqçi siz idiz. Həmin görüşü necə xatırlayırsız?
- Birinci onu qeyd edim ki, Norveç yığması həmin vaxt çox səviyyəli komandad idi. Avropanın ən yaxşı komandalarından sayılırdılar. Heyətdə Sulşer və Flu kimi futbolçuları vardı. Hesab 0:0 olanda Vladislav Lıçkin təkbətəki dəyərləndirə bilmədi. Ondan sonra Sulşer heç nədən qol vurdu və komanda ruhdan düşdü.
- Nə əcəb heç nə edə bilmədiz?
- Rəqibin standart vəziyyətləri qarşısında gücsüz idik. Tərlan Əhmədov bir neçə epizodda rəqib futbolçulara hava mübarizələrində müqavimət göstərsə də, sonradan yoruldu. Əksər qolları da standart vəziyyətlərdən buraxdıq.
- Standart vəziyyətlər indi də komandamız üçün əsas başağrısı olaraq qalmaqdadı...
- Diqqətli olmaq lazımdı. Son vaxtlar Norveç yığmasını iş başında görməmişəm. Amma bu, dəqiqdi ki, onlar 18 il əvvəlki komanda deyillər.
- Norveç bir neçə gün öncə Estoniya ilə yoxlama oyununda məğlubiyyətlə üzləşdi...
- Bu nəticəyə çox adlanmamalıyıq. Bu, sadəcə, yoxlama oyunu idi. Baş məşqçilər adətən belə oyunlarda rəqiblərini aldatmağa çalışırlar. Mahmud Qurbanova düzgün oyun qurmağı və yaxşı oynayıb, uduzmamağı arzulayıram.
- Uduzmamağı?
- Norveç məğlub edə bilməyəcəyimiz komandalardan deyil. Həm də onları da yenə bilməyəcəyiksə, kimə qalib gələcəyik? Xarakter göstərmək və qalib gəlmək lazımdı.
- Berti Foqtsdan sonra komandanın necə çıxış edəcəyi maraqla gözlənilir...
- Foqtsun gedişi komandaya təsir etməyəcək. Oyunçuların onun arxasında danışmaması xoşuma gəldi. Mahir Şükürovun buna səbəbi olsa da, sağ olsun ki, belə bir addımı atmadı.
