14 noyabr 2014 16:40
Qarabağın rəqibi Roberto Mançiniyə tapşırılır
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"i baş məşqçisi Valter Matsari ilə yollarını ayırmağa qərar verib. Azerisport.az xəbər verir ki, sözügedən komandaya bundan sonra Roberto Mançini rəhbərlik edəcək.
Hansı ki, o, 2004-2008-ci illər aralığında da bu komandada işləyib. Milan klubunun rəhbərliyi onunla 2.5 illik müqavilə bağlayacaq. 49 yaşlı mütəxəssisin debüt oyunu isə noyabrın 23-də keçiriləcək derbiyə təsadüf edəcək. Həmin gün "İnter"i şəhərin digər təmsilçisi "Milan"la duel gözləyir.
Maraq üçün xatırladaq ki, Mançininin Azərbaycan yığmasını da çalışdıracağına dair xəbərlər yayılmışdı.
