14 noyabr 2014 15:30
Martin Linnes: Azərbaycanla oyunda əsl bacarığımızı göstərməliyik
Futbol üzrə Norveç yığmasının yarımmüdafiəçisi Martin Linnes AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Estoniyaya məğlub olduq. Amma bu oyun bizim gücümüzün əsl göstəricisi sayıla bilməz. Azərbaycanla oyunda isə biz bütün bacarığımızı nümayiş etdirməliyik".
