14 noyabr 2014 16:25
AFFA Maksim Demençuku millidə oynamağa layiq bilmədi
Maksim Demençuk bir müddət əvvəl AFFA-ya müraciət edərək Azərbaycanla bağlılığı olduğunu bildirmiş və milli komandanın heyətində oynamaq istədiyini qeyd etmişdi. Azerisport.az xəbər verir ki, AFFA tərəfindən U-21-in təlim-məşq toplanışına baxış məqsədilə dəvət olunan futbolçu məşqçilər tərəfindən bəyənilsə də, onun Azərbaycan milli komandasının şərəfini qorumaq üçün yetərli hüquqi sənədə malik olmadığı üzə çıxıb.
Bu səbəbdən Maksim Demençuk toplanışdan kənarlaşdırılıb. (AFFA)
