14 noyabr 2014 16:00
AFFA Məşqçilər Komitəsi yaradır
AFFA prezidentinin əmrinə əsasən assosiasiyada daim fəaliyyət göstərən Məşqçilər Komitəsi yaradılacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə xəbər yayıb.
Məlumatda bildirilir ki, bununla əlaqədar olaraq baş katibliyə tapşırılıb:
1. Məşqçilər Komitəsinin Əsasnaməsinin hazırlanması
2. Məşqçilər Komitəsinin iş prinsipinin müəyyənləşməsi
3. Məşqçilər Komitəsinin üzvlüyünə namizədlərin siyahısının hazırlanması
4. Məşqçilər Komitəsi namizədlərin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın
5. Məşqçilər Komitəsinin təsdiqi İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə salınsın
