14 noyabr 2014 14:50
İnter hollandiyalı oyunçu ilə müqavilə imzaladı
Bakı "İnter"i yeni futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, paytaxt klubu hollandiyalı yarımmüdafiəçi Yozef Fennixlə anlaşıb.
21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fennix "Ayaks"ın yetirməsidi. Onun son klubu "Zvolle" olub.
