14 noyabr 2014 12:50
Elyunussi: Azərbaycanın 14 qol buraxması hələ heç nədən xəbər vermir
Futbol üzrə Norveç yığmasının hücumçusu Tarik Elyunussi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqib son oyunlarında 14 qol buraxıb. Mart ayından etibarən qələbə qazana bilmirlər. Amma bu, hələ heç nədən xəbər vermir. Hər bir oyun ayrı tarixdi. Məsələn, eyni sözləri Albaniya haqda da demək olar. Halbuki, onlar səfərdə Portuqaliyaya qalib gəldilər. Müasir futbolda asan rəqib yoxdu. Düzdü, bizim qələbə qazanmaq şansımız var. Amma hər bir rəqibə hörmətlə yanaşırıq. Bakıya səfərimiz və oradan 3 xalla qayıtmaq heç də asan olmayacaq".
