Norveçin baş məşqçisi Mahmud Qurbanovdan çəkinir?
Futbol üzrə Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Aydın məsələdi ki, hədəfimiz Azərbaycandan 3 xalla qayıtmaqdı. Komandamızı Bakıda çətin oyun gözlədiyi şübhəsizdi. Başa düşürük ki, səfər oyunları istənilən komanda üçün asan olmur. Bizi orada asan gəzinti gözləmir. Məsələn, Bolqarıstan orada çətinliklə qələbə qazandı - 2:1. Həm də onların yeni baş məşqçisi baxımından bizim üçün qeyri-müəyyənlik var. Düzdü, o, öncədən də məşqçi kimi bu komandada çalışırdı. Çox şey yeni baş məşqçinin komandasını meydana hansı taktika ilə meydana çıxarmasından asılı olacaq. Bu, oyuna təsirsiz ötüşməyəcək".
