14 noyabr 2014 12:20
Omar Elabdullaui: Bakıda 3 xal qazanacaq gücdəyik
Futbol üzrə Norveç yığmasının müdafiəçisi Omar Elabdullaui AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bazar günü bizi çətin oyun gözləyir. Amma bizim üç xal qazanmaq üçün yetərli gücümüz var. Fikrimcə, biz layiqli oyun sərgiləyə və Bakıdan qələbə ilə qayıda biləcəyik".
