14 noyabr 2014 12:10
Qarabağ PES 2015-də!
"Qarabağ" Futbol Klubu Azərbaycan futbol tarixində daha bir ilkə imza atıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın idman şərəfini Avropada layiqincə təmsil edən "Qarabağ" dünyaca məşhur KONAMİ şirkətinin diqqətini cəlb edib.
KONAMİ şirkəti hər il olduğu kimi, bu ildə öz məhsulu olan Pro Evolution Soccer 2015 oyununa bir neçə yeni klub daxil edib. "Qarabağ" o klublardan biri olmaqla Azərbaycan tarixində ilkə imza atıb. Klubla rəsmi şəkildə əməkdaşlıq edən KONAMİ şirkəti noyabr ayının 13-də PES 2015 adlı futbol oyununu istifadəyə verib. Hər kəs bu oyunda "Qarabağ"ı seçməklə futboldan zövq ala bilər. (klub saytı)
