14 noyabr 2014 11:45

"Azərbaycanla oyunda qol vəziyyətlərini boşa verə bilmərik"

Futbol üzrı Norveç yığmasının qapıçısı Eryan-Hoşold Nyulann AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Şübhəsiz ki, Estoniya ilə yoxlama oyununda qol buraxdığımız epizodda mənim də günahım vardı. Amma biz kifayət qədər yaxşı komandayıq. Fikrimcə, həmin oyun da bizim xeyrimizə oldu və uduzsaq belə, irəliyə doğru bir addım atmış olduq".

Nyulann estonlara məğlubiyyətin səbəblərindən danışıb: "Əsas səbəb əlimizə düşən qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimizdi. Biz rəqib qapısı qarşısında az qol vəziyyəti yaratmadıq. Amma onların heç birindən istifadə edə bilmədik. Azərbaycanla oyunda da qol vəziyyətlərini belə boşa versək, Bakıda da xal itirəcəyik".

"Molde" klubunun 24 yaşlı qapıçısı hesab edir ki, Norveç yığması AÇ-2016-nın final mərhələsinə vəsiqə qazana bilər: "Biz seçmə mərhələyə pis başlamamışıq. Artıq hesabımızda iki qələbə var. Bu baxımdan Bakıdakı oyun bizim üçün çox vacibdi. Xal itirmək şansımız yoxdu".

Qeyd edək ki, Azərbaycan - Norveç matçı noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.