14 noyabr 2014 11:15
Tardelli: Azərbaycandan heç bir təklif almamışam
İtaliyalı futbol mütəxəssisi Marko Tardelli Azərbaycan yığmasından təklif aldığı barədə yayılmış xəbərləri təkzib edib. Azerisport.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında bunları söyləyib:
"Mənə Azərbaycandan heç bir təklif gəlməyib. Amma mən hər kəs kimi, onların da təkliflərinə açığam. Yaxşı bir komanda ilə çalışmaq istərdim. Həmin komandanın qarşısına böyük hədəflər qoyması da vacibdi".
