14 noyabr 2014 00:45

Ramaldanov: Norveçin Estoniyaya məğlub olması bizə də uduzacağından xəbər vermir

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi

- Norveçlə oyuna hazırlıq necə gedir?
- Hər şey yaxşıdı. Komandada əla atmosfer var. Məşqçilərin bütün tapşırıqlarını yerinə yetirməyə çalışırıq.

- Yığmamızı Norveçlə oyuna hazır saymaq olar?
- Hələ yox. Çünki qarşımızda başqa hədəflər də var. Onları da həyata keçirdikdən sonra özümüzü hazır saya bilərik.

- Norveçin Estoniya ilə yoxlama oyununa baxdız?
- Xeyr. Amma yəqin ki, həmin matçın videoyazısını bizə göstərəcəklər.

- Estoniyanın səfərdə məğlub etdiyi komandanı biz doğma meydanda məğlub etməyə borclu deyilikmi?
- Belə müqayisə düzgün deyil. Futbolda hər şey ola bilər. Əgər norveçlilər estonlara uduzublarsa, bu, o demək deyil ki, onlar bizə də məğlub olmalıdılar.

- Düşünmürsüz ki, Norveç yığması Bakıya pis əhval-ruhiyyədə gələcək?
- Xeyr. Çünki bu, sadəcə, yoxlama oyunu idi. Düşünmürəm ki, bu, onlara hansısa mənfi təsir göstərsin.

- Psixoloji üstünlük kimdə olacaq?
- Mənə elə gəlir ki, bizdə. Çünki bu, bizim qrupda üçüncü yeri tutmaq üçün son şansımızdı. Ona görə də qol vurmaq, qələbə qazanmaq lazımdı.

- Sizcə, bizim qrup üçüncüsü olmaq şansımız qalır?
- Əlbəttə. Bu, arzu deyil. Bizim hələ də üçüncü yeri tutmaq şansımız qalmaqdadı. Necə deyərlər, ümid sonda ölür.

- Berti Foqtsun gedişindən sonra komandada nə dəyişib?
- Bu suala cavab vermək istəmirəm. Komandamızda həmişə yaxşı atmosfer olub.

- Son sualımız klubdakı işlərinizlə bağlıdı. Son vaxtlar əsas heyətdə meydana çıxmırsız. Bu, nə ilə bağlıdı?
- Bu, baş məşqçinin qərarı ilə bağlıdı. Amma mən hadisələri qabaqlamaq fikrində deyiləm. Klubumu dəyişmək haqda da düşünmürəm. Sadəcə, əlimdən gələni edəcəm ki, daha çox oyun təcrübəsi qazanım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.