13 noyabr 2014 16:20
Qarabağın rəqibi itki ilə üzləşdi
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Fransa "Sent-Etyen"i ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Mövlut Ərdinç zədələnib.
O, Türkiyə yığmasının ötən gecə Braziliyaya qarşı keçirdiyi oyunda sıradan çıxıb. Hələlik, futbolçunun konkret hansı tarixədək oynamayacağı bilinmir. Amma Ərdinç Türkiyə yığmasının heyətindən uzaqlaşdırılıb.
