13 noyabr 2014 16:00
Bakı Neftçini darmadağın etdi
Topaz Premyer Liqasında yaranan fasilədən yararlanan "Neftçi" və "Bakı" klubları yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 4:1 hesabıyla "zolaqlılar"ın xeyrinə başa çatıb.
"Bakı"nın heyətində Nuran Qurbanov, Jaba, Raul Yaqubzadə və Valeh Seyidov fərqlənib. "Neftçi"nin qolunu isə Ruslan Qurbanov vurub.
