13 noyabr 2014 15:35
İnterin Müşahidə Şurasının iclası keçiriləcək
Noyabr ayının 20-də “İnter”in Müşahidə Şurasının iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasda klubun idman departamentinin strukturu nəzərdən keçiriləcək və növbəti 5 il üçün iş planı müzakirə olunacaq.
Müşahidə Şurasının iclasında “İnter”in fəxri prezidenti Cahangir Hacıyev və klubun prezidenti Georgi Nikolov iştirak edəcəklər. (klub saytı)
