13 noyabr 2014 14:15
Rasim Ramaldanov: Klubumu dəyişməyə hazırlaşmıram
Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov bəyan edib ki, qışda klubunu dəyişmək fikri yoxdu. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"Düzdü, son oyunlarda ehtiyatda qalıram. Amma bu, o demək deyil ki, klubumu dəyişməliyəm. Mən sadəcə, əlimdən gələni etməliyəm ki, oyun təcrübəm azalmasın".
