13 noyabr 2014 14:00
Cem Felek Aberdinin böyük hesabla qalib gəlməsinə kömək etdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunçusu Cem Felek Şotlandiyanın "Aberdin" klubunun U-20 komandasının heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, "Patrik Fisl" ilə qarşılaşmanın iştirakçısı olub.
Cemin komandası səfərdə keçirilən oyunda 4:1 hesablı qələbəyə sevinib. Start heyətdə meydana çıxan Felek 73-cü dəqiqədə əvəzlənib.
