13 noyabr 2014 12:50
Norveç yığmasının qapıçısı: Belə oynasaq, Bakıda xal itirəcəyik
Futbol üzrə Norveç yığmasının qapıçısı Eryan-Hoşold Nyulan AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Azərbaycanda da belə oynasaq (Estoniya ilə ötən günkü yoxlama görüşünü (0:1) nəzərdə tutur), Bakıda xal itirəcəyik".
