13 noyabr 2014 12:40
Martin Edeqor: Azərbaycan ilə oyunadək oyun keyfiyyətlərimizi yaxşılaşdırmalıyıq
Futbol üzrə Norveç yığmasının yarımmüdafiəçisi Martin Edeqor bəyan edib ki, komandası AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyunda uğur qazanmaq üçün daha yaxşı çıxış etməlidi. Azerisport.az xəbər verir ki, o, ötən gün Estoniyaya uduzduqları görüşdən sonra bunları söyləyib:
"Uduzmaq həmişə ağırdı. Baxmayaraq ki, bu, bir yoxlama oyunu idi. Qarşıda bizi Azərbaycanla oyun gözləyir. Uğur qazanmaq istəyiriksə, bu qarşılaşmaya qədər oyun keyfiyyətlərimizi daha da yaxşılaşdırmalıyıq".
