13 noyabr 2014 12:00
Skelbred: Azərbaycanla oyunda daha yaxşı oynamalıyıq
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olan Norveç yığmasının kapitanı Per-Silian Skelbred Estoniya ilə keçirilən yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
"Bu gün biz kifayət qədər yaxşı oynaya bilmədik. Ələ düşən şanslardan yararlanmağı bacarmadıq. Artıq bu oyunu unudub, Azərbaycanla qarşılaşmada yaxşı oynamağa çalışmalıyıq. Bakıdakı görüşə hazır ola biləcəyəmmi? Hə, fikrimcə, hər şey qaydasında olacaq".
