Per-Matias Hoqmo: Bizi Bakıda ancaq qələbə qane edəcək
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olan Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo Estoniya ilə keçirilən yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
- Oyun haqda nə deyə bilərsiz?
- Bu oyun bizim üçün çox faydalı idi. Birinci hissədə pis oynadıq. Oyun başlayan kimi, qapımızdan qol buraxdıq. Hücumda lazımı dərəcədə aqressivlik göstərmədik. Eynu zamanda təkbətək mübarizələrdən qalib ayrıla bilmədik. Bunları Azərbaycanla oyunda təkrarlamamalıyıq.
- İkinci hissədə fərqli nə var idi ki?
- Fasilədən sonra biz oyuna daha çox nəzarət etməyə başladıq. Bunun nəticəsi idi ki, yaxşı qol şanslarımız da oldu. Bu baxımdan komandamdan razı qaldım. Sadəcə, onlardan yararlana bilmədik. Estoniyanı məğlub etmənin çətin olduğunu bilirdik. Bu səbəbdən də biz faydalı olacaq oyun keçirdik. İndi Azərbaycanla matçı gözləyirik. Çalışacağıq ki, bu məğlubiyyətin qisasını Azərbaycandan alaq.
- Skelbredi niyə əvəzlədiz?
- Mənə elə gəlir ki, oyunçulara Azərbaycanla görüş öncəsi istirahət verməyimiz lazım idi. Çünki bizi Bakıya çətin səfər gözləyir.
- Bakıdakı oyunda hansı start heyətə güvənəcəyinizi müəyyənləşdirə bilmisiz?
- Hələ yox. Yaxın günlərdə buna aydınlıq gələcək.
- Rəqibi analiz edə bilmisiz?
- Bu da görəcəyimiz işlər arasındadı.
- Komandanız Azərbaycana üç xal üçün gedəcək?
- Şübhəsiz. Bizi ancaq qələbə qane edəcək.
Qeyd edək ki, Azərbaycan - Norveç qarşılaşması noyarbın 16-da Bakıda keçiriləcək.
