13 noyabr 2014 11:35
"Muntyanuya təkliflər var"
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanunun meneceri Leonid İstrati bəyan edib ki, müştərisinin Rusiyanın "Kuban" klubunu çalışdıracağı barədə fikirlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İstənilən komanda sabitlik istəyir. Muntyanunu son oyunlardakı nəticələr yaxşı olmadığına görə istefaya göndərdilər. Amma deməzdim ki, bu, düzgün çıxış yolu idi. İstənilən məşqçiyə vaxt vermək lazımdı. Muntyanu "Kuban"a qayıda bilərmi? Bildiyimə görə, artıq Dorinelə təkliflər var".
