13 noyabr 2014 11:00
Millimizin baş məşqçisi: Bizi finala bərabər oyun gözləyir
19 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin ikinci oyununa çıxan Azərbaycan yığması 1:4 hesabı ilə Slovakiyaya məğlub olub. Azerisport.az xəbər verir ki, oyundan sonra affa.az saytına danışan komandamızın baş məşqçisi Nikolay Adam böyükhesablı məğlubiyyəti belə şərh edib:
“Slovakiya ilə oyunun çətin keçəcəyini bilirdik. Çünki bu komandanın heyətində rəqibin səhvlərini bağışlamayacaq səviyyədə futbolçular yer alıb. Onlar bütün şanslardan effektli istifadə edirlər. Şənbə günü bizi finala bərabər oyun gözləyir. Sloveniya ilə oyuna ciddi hazırlaşacağıq. Bu matçda qələbə qazanmaq istəyirik. Fikrimcə, bu mümkündü”.
