13 noyabr 2014 01:50
Qara Qarayev Qəbələ və ya Neftçi ilə anlaşa bilər
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Qara Qarayev yerli klubların maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, Premyer Liqamızın aparıcı klubları onu heyətə qatmaq üçün işə girişib.
Bunların arasında "Qəbələ" və "Neftçi" favorit göstərilir.
Qeyd edək ki, Qarayev hazırda "Əlincə"də çıxış edir.
