13 noyabr 2014 01:40
Norveç yığmamızla matça məğlub gəlir
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı H qrupundakı digər komandalar ötən gecə yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bunlar Norveç və Xorvatiya yığmalarıdı.
Norveçlilər doğma meydanda Estoniya ilə qarşılaşıblar. Noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Norveç yığması bu görüşdən minimal hesablı məğlubiyyətlə ayrılıb.
Xorvatiya isə İngiltərənin paytaxtı Londonda Argentina ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib.
Yoxlama oyunları
12 noyabr
Norveç - Estoniya - 0:1
Xorvatiya - Argentina - 1:2
