12 noyabr 2014 19:05
Xəzər Lənkəranla AZAL sülh bağladı
Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Xəzər Lənkəran"la AZAL yoxlama oyununda üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, "AZAL Arena"da keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
"Təyyarəçilər"in heyətində Freddi Mombonqo fərqlənib. Cənubluların qoluna isə Fernando Qabriel imza atıb.
