Yığmamız 2-ci oyununda 4 qola üzüldü
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Slovakiya olub.
Belçikanın Dunaujvaroş şəhərindəki "Ezsperanto Ut" stadionunda baş tutan oyunda slovaklar böyük hesabla qələbə qazanıblar.
Qrupun digər matçında meydan sahibi Macarıstan Sloveniyanı sınağa çəkib. 2 qolun vurulduğu oyun 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan ilk turda Belçika ilə 1:1 hesablı heç-heçəyə imza atmışdı. Slovakiya isə Sloveniyanı 2:1 hesabı ilə yenmişdi. Millimiz son turda - noyabrın 15-də Sloveniya ilə qarşılaşacaq.
AÇ-2015-in seçmə mərhələsi
4-cü qrup
12 noyabr
Slovakiya - Azərbaycan 4:1
Qollar: Filip Lesniak, 41. Yakub Hromada, 52-pen. Tomaş Vesteniçki, 68. Miroslav Kaçer, 84 - Budaq Nəsirov, 50-pen.
Sarı vərəqələr: Lukaş Çmelik, 3. Simon Kupeç, 50. Miroslav Kaçer, 78 - Yusup Hakimov, 77.
Qırmızı vərəqə: Yusup Hakimov, 81.
Hakimlər: Eli Hakmon, David Morhaim (İsrail), Peter Kobor, Adam Farkaş (Macarıstan).
Dunaujvaroş. "Ezsperanto Ut" stadionu.
Slovakiya: 1. Marek Rodak, 2. Andrey Kadlek, 3. Denis Vavro, 6. Dominik Kruzlyak, 7. Miroslav Kaçer (8. Laşlo Benes, 87), 9. Tomaş Vesteniçki (18. Robert Polievka, 77), 10. Yakub Hromada (k), 11. Filip Lesnyak, 13. Lukaş Çmelik (16. Martin Vlçek, 90), 14. Nikolas Spalek, 15. Simon Kupeç.
Ehtiyat oyunçular: 12. Martin Yunas, 4. Rener Kotrik, 17. Lukaş Haraslin.
Baş məşqçi: Milan Malatinski.
Azərbaycan: 1. Tolqa Şahin, 2. İlyas Səfərzadə, 4. Bəhlul Mustafazadə, 5. Yusup Hakimov, 6. Budaq Nəsirov, 7. Mahir Mədətov (13. Benhur Kama, 65), 9. Fəhmin Muradbəyli, 10. Mansur Nahavandi (k) (16. Emin Zamanov, 60), 15. Renat Ağaverdiyev, 17. Elnur Cəfərov (14. Yusif Nabiyev, 84), 23. Vadim Ağarahimov.
Ehtiyat oyunçular: 12. Ağaseyid Həşimov, 18. Təyyar Məmmədov, 19. Elnur Suleymanov, 21. Əfsər Məmmədov.
Baş məşqçi: Nikolay Adam.
1. Slovakiya | 2 | 2 | 0 | 0 | 6:2 | 6 |
2. Macarıstan | 2 | 0 | 2 | 0 | 2:2 | 2 |
3. Sloveniya | 2 | 0 | 1 | 1 | 2:3 | 1 |
4. Azərbaycan | 2 | 0 | 1 | 1 | 2:5 | 1 |
