12 noyabr 2014 15:30
Norveçin Azərbaycanla oyun üçün start heyəti
Norveç mətbuatı bu ölkənin futbol yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycan millisinə qarşı hansı heyətlə oynayacağını proqnozlaşdırıb. Azerisport.az xəbər verir ki, norveçli həmkarlarımız komandalarının meydana 4-4-2 taktikasıyla çıxacağını bildirirlər:
Eryan Nyullan - Omar Elabdullaui, Hovard Nordtveyt, Veqar Forren, Martin Linnes - Per-Silyan Şelbred, Harmet Sinqh, Stefan Yohansen, Mats Meller-Deli - Tarik Elyunussi, Hovard Nilsen.
