12 noyabr 2014 13:00
Dario Srna: Azərbaycandan daha 3 xal ala bilərik
Futbol üzrə Xorvatiya yığmasının yarımmüdafiəçisi Dario Srna AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirəcəkləri oyun öncəsi Azərbaycanla növbəti oyundan da danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Eşitmişəm ki, əksəriyyət bizim qrupdan çıxmaq yolunda İtaliya ilə oyunumuzu həlledici hesab edir. Amma mən belə düşünmürəm. Çünki qarşıda hələ xeyli oyun var. Həmin oyunlarda da 3 xal qazana bilərik. Məsələn, Malta və Azərbaycanla oyunlarda".
