12 noyabr 2014 12:25
Mario Alvares Azərbaycan karyerasından danışdı
"Bakı"nın sabiq müdafiəçisi Mario Alvares paytaxt klubunda keçirdiyi günləri yada salıb. Azerisport.az xəbər verir ki, hazırda İspaniyanın "Saraqosa" klubunda çıxış edən futbolçu bunları söyləyib:
"Biz titullar uğrunda mübarizə apara bilməsək də, yaxşı futbol sərgiləməyə çalışırdıq. Azərbaycan öz özəllikləri ilə maraqlı bir ölkədi. Orada keçirdiyim günlərə görə təəssüfləndiyimi deyə bilmərəm".
