12 noyabr 2014 11:40
Yığmamızın rəqibləri iş başında
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı H qrupundakı digər komandalar bu gün yoxlama oyununa çıxır. Azerisport.az xəbər verir ki, bunlar Norveç və Xorvatiya yığmalarıdı.
Norveçlilər doğma meydanda Estoniya ilə qarşılaşacaqlar. Bu komanda noyabrın 16-da Bakıda millimizin qonağı olacaq.
Xorvatiya isə İngiltərənin paytaxtı Londonda Argentina ilə üz-üzə gələcək.
Yoxlama oyunları
12 noyabr
23:00. Norveç - Estoniya
23:45. Xorvatiya - Argentina
