12 noyabr 2014 11:12
Norveçlə oyun öncəsi açıq məşq və mətbuat konfransı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının mətbuat konfransı olacaq. Azerisport.az xəbər verir ki, konfrans oyundan bir gön öncə baş tutacaq.
Belə ki, noyabrın 15-də “Bakcell Arena”da təşkil olunacaq mətbuat konfransı saat 19:30-da başlayacaq. Saat 20:00-da isə, komandamızın ilk 20 dəqiqəsi mətbuat və azakeşlər üçün açıq məşqi keçiriləcək.
Qeyd edək ki, Azərbaycan - Norveç qarşılaşması noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək. (AFFA)
