12 noyabr 2014 11:01
Millimizin növbəti sınağı
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız ilk oyunda Sloveniyanı 2:1 hesabı ilə məğlub edən Slovakiya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, U-19 ilk oyunda meydan sahibi Macarıstan yığmasıyla 1:1 hesablı heç-heçə edib.
12 noyabr
16:00. Slovakiya - Azərbaycan
Baş hakim: Eli Hacmon (İsrail)
Baş hakimn köməkçiləri: David Morhaim (İsrail), Peter Kobor (Macarıstan)
Dördüncü hakim: Adam Farkaş (Macarıstan)
