12 noyabr 2014 01:15
Norveç yığmasının üzvü millimizlə oyun öncəsi problemlə üzləşdi
Futbol üzrə Norveç yığmasının və Uelsin "Kardiff" klubunun müdafiəçisi Moller Deli qışda iş yerini dəyişə bilər. Azerisport.az xəbər verir ki, o, sentyabrın 30-dan etibarən Uels təmsilçisinin İngiltərə Çempionşipindəki oyunlarında iştirak etmir.
Amma komandanın baş məşqçisi Rassel Sleyd futbolçunun AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyundan sonra əsas heyətə düşmək uğrunda mübarizə aparacağına inamını ifadə edib.
