Norveç: Azərbaycanla oyun öncəsi 1 qol
Ötən gün azerisport.az sizi Azərbaycan yığmasının üzvlərinin klublarının heyətində keçirdikləri son oyunlarda hansı göstəricilərlə yadda qaldığını diqqətinizə çatdırmışdı. Bu dəfə isə yığmamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki növbəti rəqibi olan Norveç millisinin futbolçularının göstəriciləri ilə tanış edir.
QAPIÇILAR
Rune Yarsteyn Almaniya Bundesliqasında Berlin "Herta"sının "Hannover"ə 0:2 hesabıyla uduzduğu oyunda ehtiyatda qalıb.
Oryan Niland "Molde"nin "Odd" üzərində 2:0 hesabıyla qalib gəldiyi görüşdə 90 dəqiqə meydanda olub.
"Olesun"un qapıçısı Sten Qryutebyust "Sadnes"ə qarşı oyunda 90 dəqiqə meydanda olub, komandası qalib gəlib (2:1).
MÜDAFİƏÇİLƏR
Tarik Elyunussi "Hoffenhaym"ın "Köln"ə (3:4) hesabıyla uduzduğu oyunun 81-ci dəqiqədə əvəzlənib, buna qədər isə qol ötürməsi ilə yadda qalıb.
Veqard Forren "Molde"nin "Odd" üzərində qələbə qazandığı (2:0) oyunda 90 dəqiqə mübarizə aparıb. Onun komanda yoldaşı Fredrik Qulbrandsen 74 dəqiqə oynayıb, bir sarı vərəqə alıb.
Şteffen Haqen "Odd"un "Molde"yə uduzduğu görüşdə 90 dəqiqə oynayıb, sarı vərəqə ilə cəzalanıb.
Tori Reqiniussen "Rusenborq"un "Stromsqodset" üzərində 4:1 qələbə qazandığı oyunda 90 dəqiqə meydanda olub.
Moller Deli Uels "Kardiff"inin İngiltərə Çempionşipindəki "Birmingem"lə oyununda iştirak ərizəsində yer almayıb.
Tom Hoqli Danimarka çempionatında "Kopenhagen"in "Nordsyelland"la qolsuz bərabərə qaldığı oyunda 90 dəqiqə mübarizə aparıb.
YARIMMÜDAFİƏÇİLƏR
Per Silian Skelbred "Herta"nın "Hannover"ə 3 cavabsız qolla uduzduğu oyunda 90 dəqiqə meydanda olub.
Havard Nordtveyt Münhenqladbax "Borussiya"sının Dortmund "Borussiya"sına minimal hesabla uduzduğu qarşılaşmanın sonunadək meydanda olub.
Havard Nilsen Braunşveyq "Ayntraxt"ının İkinci Bunesliqadakı son oyununda oynamayıb.
Martin Linnes və Per Eqil Flo "Molde"nin "Odd" üzərində 2 cavabsız qolla qalib gəldiyi görüşdə 90 dəqiqə meydanda olub. Harmit Sinqh isə bu oyunda sonadək meydanda olmaqla yanaşı, həm də qol ötürməsi ilə fərqlənib. "Odd"un oyunçusu Yone Samuelson da bu görüşdə 90 dəqiqə mübarizə aparıb.
Martin Odeqaard "Stromsqodset"in "Rusenborq"la oyununda (1:4) 58-ci dəqiqədən etibarən mübarizəyə qoşulub.
Aleksandr Tettey İngiltərə "Norviç"inin "Nottingem Forest"ə qarşı oyununda (1:2) 90 dəqiqə meydanda olub.
Omar Elabdullaui Yunanıstan "Olimpiakos"unun "Pantrakikos"u üzərindəki darmadağınında (5:1) 90 dəqiqəlik çıxışı ilə pay sahibi olub.
Anders Konradsen Fransa "Renn"inin "Loryan"a qarşı oyununda meydana çıxmayıb.
HÜCUMÇULAR
Aleksandr Soderlund "Rusenborq"un "Stromsqodset"lə oyununda 90 dəqiqə meydanda olub.
Stefan Yohansen Şotlandiya "Seltik"inin "Aberdin"lə oyununda (2:1) qol vurmaqla yadda qalıb.
