12 noyabr 2014 00:10
Xəzər Lənkəran Tomiçi qaytardı
"Xəzər Lənkəran" Bakıdakı məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün "Dalğa Arena"da baş tutan məşqdə Ağabala Ramazanov, Alfred Sanko, Uğur Pamuk və Cahangir Həsənzadə fərdi qaydada çalışıblar.
Əfran İsmayılovun isə 3 gün sonra komandanın məşq prosesinə qatılması gözlənilir.
Yay transfer pəncərəsi dövründə transferə çıxarılmış, sonradan isə müəyyən səbəblərdən komandanın düşərgəsindən kənarda qalan xorvat qapıçı Vyekoslav Tomiç də ötən gündən komandaya qoşulub.
Xatırladaq ki, bu gün saat 16:00-da "AZAL Arena"da "Xəzər Lənkəran" AZAL-a qarşı yoxlama oyunu keçirəcək. (klub saytı)
