11 noyabr 2014 18:45
Ramazanov məşqlərə başladı
"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanov məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, gənc futbolçu hələlik, fərdi məşqlərlə, yüngül qaçışla kifayətlənir.
Çünki ayağında hələ də ağrılar var. Onun minimum 10 gündən sonra komanda ilə birgə məşqlərə başlayacağı bildirilir.
Qeyd edək ki, Ramazanov Azərbaycan yığmasının Xorvatiya ilə səfər oyununda zədələnmişdi.
