11 noyabr 2014 17:35
Deyan Blajevski qışda Xəzər Lənkərandan ayrılacaq
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Deyan Blajevski qışda "Xəzər Lənkəran"la yollarını ayıracaq. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"la müqaviləmin müddəti qışda başa çatacaq. Mənə yeni müqavilə ilə bağlı təklif gəlməyib. Azərbaycanın digər klublarından da maraqlanan yoxdu. Ona görə də qışda böyük ehtimalla Makedoniyaya qayıdacam".
