11 noyabr 2014 17:25
Arif Əsədov: Demençuk mənim diqqətimi çəkdi
"Neftçi"nin baş məşqçisi Arif Əsədov gənclərdən ibarət yığmamıza dəvət alan Maksim Demençukla bağlı danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maksim Demençuk mənim diqqətimi çəkdi. Pis futbolçu deyil. Sadəcə, mən onun haqqında əvvəllər heç nə eşitməmişdim. Mümkündü ki, bu maraq konkret nəticə versin".
