11 noyabr 2014 17:10

Elxan Abdullayev: Böyükağa Hacıyevin uğurlarının izahı yoxdu

Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi

- Sizə elə gəlmir ki, azərbaycanlı məşqçiləri iki hissəyə bölmək olar: beynəlxalq arenada uğur qazanmış Böyükağa Hacıyevlə Qurban Qurbanov və digərləri?
- Mən belə hesab etmirəm. Onların uğurlarına kölgə salmaq fikrim yoxdu. Bu iki mütəxəssis ölkə futbolunda öz izini qoyanlardandı. Amma bizim özünü sübut edə bilməyən başqa yaxşı məşqçilərimiz də var. Qurbanovu yaxşı məşqçi hesab edirəm. O, hazırda ən yaxşı günlərini yaşayır. Amma 5-6 oyun ardıcıl məğlubiyyətlə üzləşdiyi vaxtlar da olub. "Qarabağ" rəhbərliyinə təşəkkürümü bildirirəm ki, ona qarşı belə səbrli davrandılar, uğursuz günlərdə də ona dəstək çıxdılar. Qurbanov kimi məşqçi "Qarabağ" kimi komanda ilə altı ildən sonra çempion ola bildi. Bunu niyə deyirəm? Azərbaycanda hər klub baş məşqçisinə bu qədər şans vermir. Digər məşqçilərimizə də oxşar münasibət olsaydı, onlar da nəticə verə bilərdilər. Ona görə də digər mütəxəssislərimizin özlərini göstərə bilməməsinin belə və digər məlum səbəbləri var.

- Yəni, Qurbanovla Hacıyevi fərqləndirmək olmaz?
- Qurbanov hazırda yerli mütəxəssislər arasında Azərbaycan yığmasını çalışdırmağa ən yaxşı namizəddi. Amma bu, o demək deyil ki, qalanları heç kimdi. Digər mütəxəssislərimizi də siyahıdan silməməliyik. Bizim Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev, İqor Ponomaryov kimi məşqçilərimiz var. Onların hər biri futbolumuzda iz qoyub. Hansı azərbaycanlı məşqçi hansısa klubda 3 ildən çox çalışıb?

- Böyükağa Hacıyev qısa müddət ərzində həmin uğurlara nail olub...
- Hacıyev tapıntıdı. Mən hərdən onun klubdakı uğurlarını analiz edirəm. Amma onun bu uğurunun heç bir izahı yoxdu. Sanki bir nonsens yaranır. O, "Bakı"nı çempion edən mövsüm son 8 oyunda qalib gələrkən hətta köməkçisi də yox idi. Hacıyev Azərbaycan futbolunun fenomenidi. Sonra isə "Neftçi" kimi çətin komanda ilə uğur qazandı. Hansı ki, bu komandanın az qala hər məğlubiyyəti faciə kimi qiymətləndirilir. Həm də o, ilk azərbaycanlı məşqçidi ki, hansısa komandamızı avrokubokların qrup mərhələsinə çıxarıb.

- Digər məşqçilər bəzən bu iki mütəxəssislə bağlı tənqidi fikirlər də səsləndirirlər. Sizcə, onların buna haqqı var?
- Mən etik cəhətdən ümumiyyətlə həmkarlarımı tənqid etməyi xoşlamıram. Biz bir-birimizi ancaq dəstəkləyə bilərik. Məsələn, hansısa mütəxəssisin işində çatışmazlıq görürsənsə, onu ictimaiyyətə açıqlamaqdansa, həmin məşqçinin özünə demək daha düzgün olar.

- Mahir Şükürov millimizin sabiq baş məşqçisi Berti Foqtsun yığmadakı köməkçilərinin fikrini öyrənmədiyini, öz bildiyini etdiyini deyib. Sizcə, o, bunda haqlıdı?
- Tənqid sanki ona xoş deyildi. Foqts yaxşı və təcrübəli məşqçidi. Amma onun Azərbaycandakı işində müəyyən çatışmazlıqlar var idi. Belə insanlar elə hesab edir ki, onlara kənardan göstəriş və ya məsləhət verilməməlidi. O, belə bir adam idi. Lakin deməzdim ki, Foqts ümumiyyətlə köməkçilərinin fikrinə hörmət duymurdu. Biz birgə çalışanda məni çağırırdı və müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparırdı. Digər məşqçilərlə bağlı vəziyyətin necə olduğunu deyə bilmərəm. Bəlkə də bizim məşqçilərə güvənmirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.